Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Yeni dövrün “saxta müharibəsi”: İsrail–İran münasibətlərində kritik dönəm

    25 İyun 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İkinci Dünya Müharibəsinin ilk günlərində fransız jurnalist “saxta müharibə” (yəni toqquşmadan öncəki susqun dövr) anlayışını ortaya atmışdı. Fransa ilə Almaniya arasında rəsmi müharibə elan olunsa da, ilk aylar nisbətən sakit keçmişdi. Müqayisə fərqli olsa da, 13 iyun tarixində baş verən və onillərlə kölgədə davam edən münaqişədən sonra alovlanan İsrail–İran müharibəsi də sanki öz “saxta müharibə” mərhələsinə qədəm qoyub. Bu, kənardan baxıldığında sülh kimi görünə biləcək, lakin əslində gərgin və təhlükəli bir sükutdur.

    İsrail ilə İran arasında 10 gündən artıq davam edən toqquşma gözlənilməz addımlarla sürətlə başa çatdı. Ən diqqətçəkən hadisə “Gecəyarısı çəkici” adlı əməliyyat oldu. ABŞ bu əməliyyat çərçivəsində İranın nüvə infrastrukturlarına, o cümlədən Qum şəhəri yaxınlığında dağların dərinliyində yerləşən Fordo uran zənginləşdirmə obyektinə hava zərbələri endirdi. Bu hücum, İranın nüvə ambisiyaları ətrafında illərlə davam edən gərginlikdə dönüş nöqtəsi oldu və həssas diplomatik tarazlığı pozmaq riski yaratdı. Bununla belə, prezident Tramp dərhal açıqlama verərək bu hücumun “yalnız bir dəfəlik zərbə” olduğunu bildirdi və gərginliyi azaltmaq istədiyinə dair açıq siqnal verdi.

    Xoşbəxtlikdən, bu siqnal qarşı tərəfdə rezonans doğurdu. *“Üçüncü dünya müharibəsi”*nin başlanacağına dair narahatlıqlar, neft qiymətlərindəki kəskin artım və 2003-cü il İraq müharibəsini xatırladan ab-hava fonunda bəzi analitiklərin sərhədləri aşan şərhləri yayılsa da, İran əvvəlcədən elan etdiyi formada Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasına raket hücumu həyata keçirdi.

    Raketlər atılanda bəlli oldu ki, Tehran bu hücum barədə əvvəlcədən məlumat verib. Çünki Doha hava məkanını bağlamış və hədəf olan baza artıq boşaldılmışdı. Hücum nəticəsində ciddi ziyan qeydə alınmayıb – yalnız bir raket hava müdafiəsini keçə bilib. Tramp isə bu *“məhdud zərbə”*yə görə İrana əvvəlcədən xəbərdarlıq etdiyi üçün təşəkkür etdi.

    Bu qarşıdurmadan İran zəifləmiş şəkildə çıxdı. Hərçənd ki, bəzi tərəfdarları İsrailə raket zərbələri endirib qismən qisas alındığını düşünə bilər, lakin görünən odur ki, “müqavimət oxu” adlandırılan İranın regional təsir sistemi iflic olub. Bu strukturun məqsədi İran ərazisinə hücumun qarşısını almaq və Tehranı “ərəb buferi” ilə qorumaq idi. Amma bu strategiya çökmüş kimi görünür. İran indi öz müdafiə strategiyasını başdan-ayağa yenidən nəzərdən keçirməyə məcburdur. Nəticədə, bölgə “yaralı və çıxışsız” bir İranın doğura biləcəyi fərqli bir təhlükə ilə üz-üzədir.

    Yenidən vurğulamaq lazımdır: İranın zəifləməsi İsrailin qələbəsi anlamına gəlmir. 13 iyun partlayışı ilə başlayan hadisələrin Trampın sosial şəbəkə paylaşımı ilə sonlanması – hər nə qədər “həqiqət” kimi təqdim edilsə də – İsrail ictimaiyyətində məsələnin bitmədiyi hissini yaradır. Bu isə davamlı sülhdən çox qarşıdan gələn müharibənin əlamətləridir.

    #İran #İran-İsrail geosiyasi mübarizəsi #ABŞ-İran münasibətləri #İsrailin İran strategiyası #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #ABŞ və İran arasında hərbi gərginlik #ABŞ-İran diplomatik münasibətləri #İran və İsrail kəşfiyyat savaşı #İran-ABŞ gərginliyi #İran-İsrail münaqişəsi #ABŞ-İran diplomatik münasibətləri 2025 #İran və İsrail arasında hərbi toqquşma riski #ABŞ-İran münasibətləri: Yeni eskalasiya dalğası? #İran və İsrail münasibətləri #İsrail və İran arasında artan gərginlik #İran və İsrail qarşıdurması #ABŞ-İran arasında nüvə danışıqları #İran-İsrail münasibətləri #İsrailin İran hücumu #ABŞ-İran razılaşması #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #ABŞ-İran sanksiya qərarı #ABŞ-İran gərginliyi #ABŞ İran gərginliyi #İran-İsrail qarşıdurması #İsrail İran hücumu 2025 #İran İsrail qarşıdurması #İsrail İran əməliyyatı 2025 #ABŞ-İsrail-İran üçbucağı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran AEBA ilə lazım olduğu halda müxtəlif səviyyələrdə danışıqlar apara bilər – Bəqai

    14 Dekabr 2025 16:01

    Türkiyədən İrana sement ixracı azalıb (ÖZƏL)

    14 Dekabr 2025 12:00

    İran Oman dənizində 6 milyon litr yanacaq daşıyan tankeri ələ keçirib

    13 Dekabr 2025 14:15

    Qazaxıstan və Türkmənistana etdiyim son səfərlər müsbət və konstruktiv nəticələr verdi - Pezeşkian

    13 Dekabr 2025 11:59

    Türkiyədən İrana dəri ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    13 Dekabr 2025 11:17

    Qazaxıstan və İran hökumətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb

    11 Dekabr 2025 16:31

    Hava çirkliliyi İranda hər il 50 min insanın ölümünə səbəb olur

    11 Dekabr 2025 14:16

    İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

    11 Dekabr 2025 12:39

    Pezeşkian və Putin Beynəlxalq Sülh Forumunda danışıqlar aparacaq

    11 Dekabr 2025 12:21

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49

    İranda silahlı hücum nəticəsində 3 mühafizəçi həlak olub

    10 Dekabr 2025 17:52

    İran, Çin və Səudiyyə Ərəbistanı Tehranda üçtərəfli görüşdə regional əməkdaşlığı müzakirə edib

    10 Dekabr 2025 10:40
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 16 Dekabr

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.