Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp Kanadayla ticarət danışıqlarını dayandırdığını açıqlayıb

    28 İyun 2025 09:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Prezidenti Donald Tramp Kanadayla ticarət danışıqlarını dərhal dayandırdığını bəyan edib.

    AzerVoice xəbər verir ki, Trampın sözlərinə görə, bu qərar Ottavanın böyük texnologiya şirkətlərinə yönəlik yeni vergi siyasətini tətbiq etməyə hazırlaşması fonunda qəbul edilib.

    Prezident bu qərarı cümə günü sosial şəbəkələrdə açıqlayaraq, yaxın 7 gün ərzində Kanadaya qarşı yeni gömrük tariflərinin tətbiq ediləcəyini bildirib.

    “Biz bu andan etibarən Kanada ilə aparılan bütün ticarət danışıqlarını dayandırırıq,” – deyə Tramp vurğulayıb.

    Kanadanın ötən ildən qüvvəyə minmiş 3 faizlik rəqəmsal xidmət vergisi ABŞ-la münasibətlərdə əsas mübahisə predmeti olaraq qalır. Vergi əsasən Amazon, Apple və Google kimi amerikalı texnologiya nəhənglərinə tətbiq olunacaq. İş dünyasının hesablamalarına görə, bu vergi ABŞ şirkətlərinə illik 2 milyard dollardan çox zərər vura bilər.

    Kanadalı rəsmilər məsələnin ABŞ-la aparılan ticarət danışıqları çərçivəsində həll ediləcəyinə ümid edirdilər. Yeni seçilmiş Baş nazir Mark Karni də əvvəlki aylarda Trampla münasibətlərin müsbət yöndə irəlilədiyini bildirib.

    Bununla belə, Trampın sərt bəyanatına cavab olaraq Kanadanın Baş naziri Mark Karni açıqlama verib.

    “Biz bu mürəkkəb danışıqları kanadalıların maraqlarına uyğun şəkildə davam etdirəcəyik”- deyə o bildirib.

    Karni, həmçinin, Kanadanın ABŞ-la münasibətlərini “öz şərtləri ilə” qurmağa çalışacağını vurğulayıb.

    ABŞ uzun illərdir Kanadanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə ABŞ Kanadadan 400 milyard dollardan çox dəyərində məhsul idxal edib. Lakin Tramp bu ilin əvvəlində sərhəddə narkotik qaçaqmalçılığı təhlükəsinə istinad edərək Kanadaya 25 faizlik yeni gömrük rüsumları tətbiq edib.

    #ABŞ #Kanada #Donald Tramp #Kanada və ABŞ gərginliyi #Mark Karni #iqtisadi və ticari əlaqələr #Kanada ABŞ münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    6 Noyabr 2025 12:04

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    Tramp deyir ki,Məmdani ağıllı olsun

    6 Noyabr 2025 08:55

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İranın BMT-dəki daimi nümayəndəsi Trampın nüvə açıqlamalarına görə xəbərdarlıq edib

    5 Noyabr 2025 12:03
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 88 milyon dolları keçib (ÖZƏL)

    “AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib

    Fatihin ən çox çəkindiyi hökmdar kim idi?

    Türkiyədən Suriyaya dəri ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    Türkiyədən Qətərə hazır geyim ixracı 30 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

    Türkiyədən Fransaya xalça ixracı 21 milyon dolları keçib (ÖZƏL)

    Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə səhifələrində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan görüntülər paylaşılıb (VİDEO)

    Birinci vitse-prezident Mehriban Əliyeva 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib (FOTO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.