BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstanın Krit adasının cənubunda həyata keçirdiyi hidrokarbon fəaliyyətləri ilə bağlı açıqlama verib.
AzerVoice xəbər verir ki, nazirlikdən bildirilib ki, 2019-cu ildə Türkiyə ilə Liviya arasında imzalanmış “Dəniz Səlahiyyət Zonalarına dair Anlaşma Memorandumu”na və Liviyanın 27 may 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyi dəniz səlahiyyət zonalarına zidd şəkildə aparılan fəaliyyətlər qanunsuz hesab olunur.
Açıqlamada qeyd edilib ki, sözügedən birtərəfli addımlara qarşı Liviya hakimiyyətinin təşəbbüslərinə Türkiyə tərəfindən lazımi dəstək göstərilməsi davam etdiriləcək.
Nazirlik Yunanıstanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq hüquq və yaxşı qonşuluq münasibətlərinə uyğun olmadığını vurğulayıb.