BAKI,AzerVoice
Məhkəmənin Ruben Vardanyanla bağlı qərarı yalnız ədalətin yerinə yetirilməsi deyil, həm də azərbaycanlılara böyük əzab-əziyyətlər gətirən təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasını tələb edən bəzi dairələr — Avropa Parlamenti üzvləri və "Amnesty International" kimi təşkilatlar da daxil olmaqla mənəvi və etik deyil. Prezident İlham Əliyevin "France 24"ə verdiyi müsahibədə dediyi kimi:
"İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.... Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.""