BAKI, AzerVoice
Misli Premyer Liqasında XVII tura bu gün yekun vurulur.
AzerVoice xəbər verir ki, turun son oyununda iki oyun keçiriləcək.
Əvvəlcə "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 16:00-da Mehdi Hüseynzadə stadionunda keçirilsə də, nominal meydan sahibi "Turan Tovuz" komandası olacaq.
Günün 2-ci matçında "Sabah" evdə "Karvan-Yevlax" ilə qarşılaşacaq. Oyun saat 18:30-da start götürəcək.