BAKI, AzerVoice
Təəsüflə qeyd olunmalıdır ki, Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ilə qeyri-obyektiv və qərəzli siyasətini davam etdirib.
AzerVoice xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
“Qətnamədə yer alan siyasi məhbusların mövcudluğu, akademik azadlıqların pozulması kimi ittihamları qətiyyətlə rədd edirik”, - deyə o bildirib.
Spiker qeyd edib ki, Azərbaycan dövləti öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə əməl edir:
“İnsan hüquq və azadlıqlarının müdafiəsi yalnız milli hüquq və dövlətin suverenliyi prinsiplərinə riayət edilməklə qorunmalıdır”.
Xəbər yenilənəcək
