BAKI,AzerVoice
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
AzerVoice xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Abiddin Qabil oğlu Hüseynov – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Toğrul Aydın oğlu Hüseynov – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.