BAKI,AzerVoice, Orxan Qədirzadə
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasının iclasında ölkədəki təhlükəsizlik və köç prosesləri ilə bağlı geniş məlumat verib. AzerVoice xəbər verir ki, nazir 31 oktyabr 2025-ci il tarixinə qədər Türkiyədə qanuni qalma hüququ olan 3 milyon 615 min 491 xarici vətəndaşın olduğunu açıqlayıb.
Nazirin sözlərinə görə, həmin rəqəmin 2 milyon 381 min 326-sı müvəqqəti qoruma altında olan suriyalılar, 1 milyon 85 min 40-ı qalmaq icazəsi sahibləri, 149 min 125-i isə beynəlxalq qorunma statusuna malik mühacirlərdir.
Ali Yerlikaya bildirib ki, 2016-cı ildən bu yana ümumilikdə 1 milyon 297 min 705 suriyalı öz ölkəsinə könüllü şəkildə qayıdıb. Təkcə 2024-cü ilin dekabrından 2025-ci ilin noyabrına qədər bu rəqəm 557 min 702 nəfər təşkil edib.
Köç qaçaqçılığı ilə mübarizədə bu ilin ilk 10 ayında 3 min 627 təşkilatçı həbs edilib. Mobil köç nöqtələri vasitəsilə 6 milyon 28 min 814 xarici vətəndaşın kimlik yoxlaması aparılıb, onların 236 min 212-si qeydiyyatsız mühacir kimi müəyyən edilib.
Nazirin açıqlamasına görə, 2025-ci ilin ilk 10 ayında şəxslərə qarşı cinayətlərin sayı 2024-cü ilin eyni dövrünə nisbətən 7,8 faiz azalıb. Mülkiyyətlə bağlı cinayətlər 22,6 faiz azalıb, oğurluq hadisələri isə 37,4 faiz azalıb. Keçirilən əməliyyatlar zamanı 90 min 574 silah – o cümlədən 41 min 750 ruhsatsız tapança – ələ keçirilib.
2025-ci ilin ilk 10 ayında 163 min 258 cinayətkar hesab müəyyən edilib, 27 min 916 qeyri-qanuni qumar saytı, 39 min 685 veb səhifə və 31 min 59 sosial media hesabı bloklanıb. Yerlikaya qeyd edib ki, süni intellekt dəstəklı risk xəritələri ilə cinayətlərin qarşısı hadisə baş vermədən alınır.
Nazir qadına qarşı şiddətlə mübarizə tədbirlərinin nəticə verdiyini vurğulayıb. 2025-ci ilin ilk 10 ayında qadın cinayətlərinin sayı keçən illə müqayisədə 25,2 faiz azalaraq 217-yə enib. Elektron İzləmə sistemi ilə 67 vilayətdə 1 556 şiddət hadisəsi anlıq izlənir.
Ali Yerlikaya, Türkiyənin “proaktiv təhlükəsizlik siyasəti”ndən istifadə edərək həm cinayətlərlə, həm də plansız köçlə mübarizədə yeni mərhələyə keçdiyini bildirib.