Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Gürcüstan Türkiyə ilə birgə hərbi təyyarə qəzası üzrə Beynəlxalq İstintaq qrupu yaradıb

    12 Noyabr 2025 14:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Gürcüstanın daxili işlər naziri Geka Geladze ölkəsinin ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus hərbi yük təyyarəsi ilə bağlı beynəlxalq istintaq qrupu yaradıldığını və bu qrupda Türkiyə rəsmilərinin də yer aldığını bildirib.

    AzerVoice xəbər verir ki, nazir Gürcüstanın Siqnaxi bölgəsində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsi ilə bağlı jurnalistlərə açıqlama verərək, hadisədən dərin üzüntü duyduğunu və həlak olan türk hərbçilərin ailələrinə başsağlığı verib. O, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini də qeyd edib.

    “Biz Türkiyə ilə sıx əməkdaşlıq edirik. Beynəlxalq istintaq qrupu yaradılıb və orada Türkiyədən mütəxəssislər də iştirak edir. Onlar bütün gecə hadisə yerində işləyib və istintaq prosesinə aktiv şəkildə qoşulublar,” – deyə Geladze vurğulayıb.

    Nazir əlavə edib ki, istintaqın gedişi barədə ictimaiyyət mərhələlərlə məlumatlandırılacaq.

    Geladze qəzanın səbəbi ilə bağlı hələlik rəsmi qiymətləndirmə üçün vaxtın tez olduğunu deyib.

    “Təyyarənin hissələri geniş əraziyə səpələnib. Buna görə Gürcüstan Silahlı Qüvvələri də prosesə cəlb olunub, çünki bu mərhələdə insan resursu çox vacibdir.”

    O, həmçinin Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin də hadisə yerinə gedərək xilasetmə işlərini şəxsən izlədiyini bildirib.

    Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi dünən açıqlama yayaraq, Azərbaycan’dan Türkiyəyə uçan C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğradığını bildirmişdi. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin şəhid olduğu açıqlanıb.

    #Türkiyə #Türkiyənin Milli Müdafiə nazirliyi #Türkiyə Silahlı Qüvvələri #Gürcüstan #təyyarə qəzası #qəza #Helikopter qəzası #hərbi təyyarə qəzası #C-130 yük təyyarəsi #Beynəlxalq istintaq qrupu #Türkiyə rəsmiləri #Axtarış-xilasetmə əməliyyatı #Qəzanın səbəbi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Silahlı Qüvvələri hər cür təhlükəni dəf edəcək güc və iradəyə malikdir - Türkiyə MN

    4 Dekabr 2025 13:27

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    Terroru bitirəcəyik, separatçılığa son qoyacağıq - Bahçeli

    3 Dekabr 2025 10:08

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02

    Türkiyə və Pakistan neft və qaz sahələrində anlaşma imzalayıb

    2 Dekabr 2025 17:13

    Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

    2 Dekabr 2025 12:28

    Fərqanidən tarixi addım: Türkiyənin ilk Orbitaya Transfer Aparatı kosmosda

    2 Dekabr 2025 11:15

    Türkiyənin COP31-i qazanmasında Azərbaycan vasitəçilik edib - Yalçın Rəfiyev

    2 Dekabr 2025 11:00

    Qırğızıstanın 25 mindən çox vətəndaşı xaricdə səsvermədə iştirak edib - Qırğızıstan seçkiləri

    1 Dekabr 2025 10:04

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    İran Türkiyənin Van şəhərində konsulluq açacaq

    30 Noyabr 2025 16:20

    Bərzani Ərdoğana təşəkkür etdi

    29 Noyabr 2025 16:38
    Demo
    XƏBƏR LENTİ

    İsraillə danışıqların növbəti raundu 19 dekabrda başlayacaq - Cozef Aun

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    Tarixdə bu gün – 5 Dekabr

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, DTX və XRİTDX birgə məlumat yayımlayıb

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.