BAKI,AzerVoice, Orxan Qədirzadə
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə baş sağlığı verib.
AzerVoice xəbər verir ki, bu barədə Nazirliyin X hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı.
Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır."