BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin oktyabr ayında Türkiyə limanları 34 milyon 749 min 652 ton yük qəbul edib.
Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 650 min 473 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 99 min 179 ton olub”, – deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 858 min 774 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- oktyabr aylarında Türkiyə limanları 342 milyon 552 min 394 ton yük qəbul edib.
"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 24 milyon 352 min 828 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 318 milyon 226 min 566 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- oktyabr aylarında Türkiyə limanlarından 59 milyon 925 min 350 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 578 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 972 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 606 olub.
2025-ci ilin yanvar - oktyabr ayında Türkiyə limanları 53 min 209 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 18 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 34 min 460 olub”, - deyə nazirlikdən bildirilib.