Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Fidan İslam Əməkdaşlıq Təşkilatının Qəzza üzrə toplantısına sədrlik edəcək

    22 Avqust 2025 14:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza üzrə fövqəladə toplantısına sədrlik edəcək.

    AzerVoice xəbər verir ki, Türkiyənin İƏT-də sədrliyi çərçivəsində avqustun 25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək 21-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurası (ECM) iclasına Hakan Fidan rəhbərlik edəcək. Toplantının əsas müzakirə mövzusu İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və humanitar vəziyyət olacaq.

    Diplomatik mənbələrin bildirdiyinə görə, Fidanın çıxışında İsrailin Qəzzanı tam işğal etmək, iki dövlətli həll yolunu mümkünsüz hala gətirmək və fələstinliləri öz torpaqlarından qovmaq siyasətinin qəbuledilməz olduğunu vurğulaması gözlənilir. Nazir həmçinin dərhal atəşkəsin təmin edilməsinin və humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini diqqətə çatdıracaq.

    Fidanın, İsrailin davam edən atəşkəs səylərini sabotaj etməsinə qarşı beynəlxalq ictimaiyyəti daha qətiyyətli mövqe nümayiş etdirməyə çağıracağı, həmçinin Fələstinin iki dövlətli həll əsasında müstəqil dövlət kimi tanınmasının ədalətli və davamlı sülh üçün yeganə yol olduğunu vurğulayacağı qeyd olunur.

    Nazirin, Türkiyənin İƏT və Ərəb Liqasının Qəzzanın bərpası planına dəstəyini bir daha təsdiqləyəcəyi, İsrailə silah və hərbi material ixracına qadağa qoyulmasının vacibliyini önə çəkəcəyi də gözlənilir. O, həmçinin Məscidül-Əqsanın statusunu dəyişməyə yönəlmiş İsrail təxribatlarına qarşı beynəlxalq ictimaiyyətin sayıqlığa çağırılacağını bildirəcək.

    Fidan çıxışında İƏT və İƏT-Ərəb Liqası Qəzza Əlaqə Qrupunun fəaliyyətinin əhəmiyyətinə də toxunacaq və son aylarda Fələstini dövlət kimi tanıyan ölkələrin sayının artmasının “ümidverici diplomatik inkişaf” olduğunu vurğulayacaq.

    Xatılrladaq ki, Türkiyə 2025-ci ilin iyununda İstanbulda keçirilən 51-ci İƏT Xarici İşlər Nazirləri Şurası toplantısının ardından bir illik müddətə təşkilata sədrlik etməyə başlayıb. Həmin toplantıda Fələstin məsələsi ilə bağlı iki qətnamə qəbul olunub və İstanbul Bəyannaməsi elan edilib.

    Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə Rabatda Əl-Əqsa məscidinin yandırılması hadisəsinə cavab olaraq yaradılıb. Hazırda 57 üzv dövləti ilə BMT-dən sonra dünyada ən böyük hökumətlərarası siyasi təşkilat hesab olunur. Türkiyə təşkilatın qurucu üzvlərindən biridir və 2015-ci ildən Ciddədə daimi nümayəndəliyi fəaliyyət göstərir.

    #Türkiyə #Fələstin #Qəzza zolağı #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #İƏT #Qəzza hücumu #Fələstin soyqırımı #Qəzza böhranı və Qərbin mövqeyi #İƏT vasitəçilik təşəbbüsləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    Türkiyənin İƏT ölkələri ilə ticarət dövriyyəsi genişlənir (ÖZƏL)

    12 Fevral 2026 09:00

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Ankarada Türk Dünyası Bərpa və Konservasiya Şəbəkəsi üzrə beynəlxalq proqram başladı

    11 Fevral 2026 15:14

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29
    XƏBƏR LENTİ

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.