BAKI, AzerVoice, Nailə Babazadə
Bu ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 55 milyon dollar olub.
Bu barədə AzerVoice -a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin sentyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,8 faiz artaraq 22 milyard 576 milyon dollar, idxalı isə 8,7 faiz artaraq 29 milyon 479 min dollar olub.
“Bu ilin yanvar – sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 468 milyard 215 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-sentyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 200 milyard 578 milyon dollara, idxalı isə 5,9 faiz artaraq 267 milyard 637 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.
