Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Mədəniyyət

    Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi açılıb

    31 Oktyabr 2025 12:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Oktyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, XX əsr Azərbaycan avanqard sənətinin tanınmış nümayəndəsi Tofiq Cavadovun (1925–1963) 100 illiyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” adlı sərginin açılış mərasimi baş tutub.

    AzerVoice xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” mədəniyyət festivalı çərçivəsində keçirilən sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 91 əsər – rəngkarlıq və qrafika nümunələri, o cümlədən kitab illüstrasiyaları və eskizlər nümayiş etdirilib.

    Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı İncəsənət Mərkəzi (“Yeni Gallery”) və şəxsi kolleksiyalardan toplanmış əsərləri əhatə edən sərgidə ilk dəfə olaraq Tofiq Cavadovun yaratdığı bədii irs vahid məkan daxilində bir araya gətirilib.

    Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, təsviri incəsənət üzrə tədqiqatçı, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli çıxış edərək Tofiq Cavadovun qısa, lakin məhsuldar ömründə bədii ideyalarla zəngin bir miras qoyduğunu vurğulayıblar. Çıxışlarında onun 1950–1960-cı illərdə sovet incəsənətinin sərt ideoloji çərçivələrinə baxmayaraq, fərdi yaradıcılıq azadlığını qoruyub saxlayan nadir sənətkarlardan biri kimi tanındığını qeyd ediblər. Rəssamın zəngin yaradıcılığında insanın mənəvi aləmi, azadlıq duyğusu və daxili dramatizm əsas yer tutduğundan, əsərlərində rəng və formaların daxili enerjisi, sükutun poetik ifadəsi vasitəsilə insan və zaman münasibətləri fəlsəfi məna qazanmasından danışılıb.

    Tofiq Cavadov Abşeron rəngkarlıq məktəbinin ən poetik təmsilçilərindən sayılır. Rəssam üçün Abşeron yalnız məkan deyil, həm də sənət dünyasının mərkəzidir. Onun bu mövzuya həsr olunmuş “Buzovnada küçə”, “Kənd mənzərəsi” və digər əsərləri Abşeronun ruhunu, koloritini, rəng harmoniyasını poetik dillə təcəssüm etdirir. Müəllifin sərgidə yer alan “Sənaye mənzərəsi”, “Neftçilər”, “Çənlər”, kimi tabloları, “Zavod” silsiləsi sənaye motivlərini insan duyğuları ilə birləşdirərək neft şəhərinin ruhunu canlandırır.

    Rəsamın əsərləri “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalının su fəlsəfəsi ilə ahəngdar şəkildə səsləşir. Çünki, Xəzər Cavadovun yaradıcılığında əsas ilham mənbələrindən biridir. Bu tablolarda Xəzərin coşqun dalğaları, dənizdə fədakarlıqla çalışan neftçilərin həyat və zəhmət hekayəsi, insan və təbiət arasındakı fəlsəfi və poetik münasibət əks olunub.

    Sərginin əsas yeniliklərindən biri rəssamın kitab qrafikası sahəsindəki işlərinin interaktiv multimedia formatında – sensor ekran vasitəsilə təqdim olunmasıdır. Bu təqdimat tamaşaçılara Cavadovun yaradıcılıq diapazonunu daha geniş müstəvidə dərk etmək imkanı yaradıb.

    Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi sərgi ərəfəsində rəssamın sənət irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atıb. Muzey Tofiq Cavadovun “Bakıda küçə” adlı rəngkarlıq əsərini və “Analıq” adlı qrafik işini öz kolleksiyasına daxil edib, Dövlət Rəsm Qalereyasının kolleksiyasına aid “Tökmə sexi” tablosunun bərpasını həyata keçirib.

    “Yarımçıq qalmış ömür” sərgisi yalnız bir rəssamın həyat və yaradıcılıq yoluna deyil, həm də azad düşüncənin sənətdəki ifadəsinə dərin baxışı təqdim edib. Bu sərgi sənətkarın avanqard təfəkkürünü, bədii axtarışlarını və ruhi aləmini daha yaxından tanımaq üçün unikal fürsət yaradır.
    Sərgi 30 noyabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.

    Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi açılıb
    Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi açılıb
    #Azərbaycan #Bakı #Mədəniyyət Nazirliyi #Heydər Əliyev Fondu #Tofiq Cavadovun 100 illik yubileyi #Tofiq Cavadov #Azərbaycan Milli İncəsənət Muzeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb

    30 Yanvar 2026 23:18

    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ilə bağlı media nümayəndələri üçün sessiya keçirilib

    30 Yanvar 2026 21:17

    “Məşğulluğa Dəstək Layihəsi” benefisiarları arasında sorğu keçirilib

    30 Yanvar 2026 14:21

    Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

    30 Yanvar 2026 13:52

    Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatdı: mənzillərin açarları təqdim olundu

    30 Yanvar 2026 13:24

    Azərbaycan və BƏƏ xarici işlər nazirləri regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər

    30 Yanvar 2026 13:03

    2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 12 dəfə artıb

    30 Yanvar 2026 12:43

    Azərbaycan 61-ci Venesiya Biennalesində milli pavilyonla təmsil olunacaq

    30 Yanvar 2026 09:37

    Mədəniyyət Nazirliyində Türkiyə səfiri ilə görüş olub

    30 Yanvar 2026 09:05

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər

    29 Yanvar 2026 22:01

    Azərkosmos yeni Anlaşma Memorandumu imzalayıb

    29 Yanvar 2026 17:24

    İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 684 milyon manat kredit verilib

    29 Yanvar 2026 17:15
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb

    Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

    Mərkəzi Bank ilə Çin Xalq Respublikası arasında Anlaşma Memorandumu imzalanıb

    Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirildi

    İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupu növbəti iclasını keçirib

    İsrail Qəzzada ölənlərin sayını qəbul etmədiyini bildirib

    İqtisadi Şuranın iclası keçirildi

    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ilə bağlı media nümayəndələri üçün sessiya keçirilib

    Prezident Ərdoğan İranın XİN rəhbərini qəbul edib

    Prezident İlham Əliyev Qaradağ Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.