BAKI, Azervoice, Nərmin Ağayeva
ASELSAN beynəlxalq müştəri ilə 78,5 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb.
Azervoice xəbər verir ki, şirkət İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) açıqlama verərək, hava hücumundan müdafiə sistemlərinin birbaşa satışı üçün 78,5 milyon dollarlıq müqavilə bağlandığını bildirib.
Qeyd edək ki, ASELSAN Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biridir və bu kimi ixrac müqavilələri şirkətin beynəlxalq mövqeyini daha da gücləndirir.