BAKI, AzerVoice
Türkiyənin Eskişehirin rayonunda baş verən meşə yanğınını söndürmək üçün havadan və qurudan müdaxilə edilir.
AzerVoice xəbər verir ki, rayona bağlı Büyükyayla məhəlləsi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.
Hadisə barədə məlumat verildikdən sonra bölgəyə Eskişehir Meşə Təsərrüfatı Regional İdarəsinin əməkdaşları cəlb olunub.
Əməkdaşlar, alovları havadan və qurudan müdaxilə etməklə nəzarət altına almağa çalışırlar.
Qeyd edək ki, yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.