BAKI,AzerVoice , Fərid Mikayılov
Türkiyə Səhiyyə Nazirliyinə bağlı Edirnə Şəhər Səhiyyə İdarəsi tərəfindən Edirne Yıldırım Ailə Sağlamlıq Mərkəzi (ASM) və 112 Təcili Yardım Sağlamlıq Xidmətləri (ASHİ) binasının tikintisi üzrə tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 180 gün təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 18 avqust 2025-ci il tarixinə qədər "Sarıcapaşa Mah. Sarıcapaşa Cami Sokak Edirne Merkez/Edirne" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.