Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib

    17 Sentyabr 2025 09:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    15 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Fondun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseynin yaradıcılığına həsr olunmuş ədəbi-bədii konsert və onun dahi Nizami Gəncəvi yaradıcılığı haqqında qələmə aldığı “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib.

    Bu barədə AzerVoice -ə Türk Mədəniyyət İrsi Fondundan məlumat verilib.

    Tədbirdə Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, həmçinin dövlət xadimləri, elm adamları və ədəbiyyat dünyasının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

    Tədbirin açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək, Fondun missiyasının yalnız mədəni irsin qorunması ilə məhdudlaşmadığını, həm də ümumtürk dəyərlərinin gələcək nəsillərə ötürülməsi və yeni yaradıcı qüvvələrin üzə çıxarılmasına da yer verildiyini bildirib. Onun sözlərinə görə, Nizami Gəncəvi kimi dahilərin əsərləri bütün türk dünyasının ortaq sərvətidir və bu irs gənc nəslin ilham qaynağına çevrilməlidir. Xanım A. Raimkulova Fondun qapılarının həmişə gənc istedadlara açıq olduğunu, onların yaradıcılığının türk xalqlarının mədəni birliyini daha da gücləndirdiyini xüsusi qeyd edərək, Fərid Hüseyni yeni kitabı münasibətilə təbrik edib, ona gələcək peşəkar fəaliyyətində yeni uğurlar arzulayıb.

    Səlim Babullaoğlunun aparıcılığı ilə təqdim olunan zəngin ədəbi-bədii gecədə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, nizamişünas alim, “Aqibətnamə” kitabının redaktoru Zəhra Allahverdiyeva, professor Rüstəm Kamal, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı İnsitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, gənc şair Qismət nəşrin ədəbi-fəlsəfi məziyyətlərindən söz açaraq gənc müəllifin yaradıcılığına yüksək qiymətləndiriblər.

    Tədbir boyu Fərid Hüseynin şeirləri tanınmış qiraətçilər Tural Əhməd, Günel Həmidova, Sabirə Abdullayevanın ifalarında səslənib, gənc şairin şeirlərinə bəstələnən mahnılar Elgiz Əliyev, Aişən Mehdiyeva, Yaqut Xəlilzadənin ifalarında dinlənilib. Xanəndələri tarda Səxavət Məmmədov, kamançada Toğrul Qasımov, pianoda Ağarəhim Salah müşayiət ediblər.
    Tədbirin sonunda F.Hüseyn oxucular üçün kitablarını imzalayıb və xatirə fotosu çəkilib.

    #Azərbaycan #Qırğızıstan #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #TÜRKPA #Aqibətnamə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub

    9 Dekabr 2025 16:25

    Aİ ilə Ermənistan arasında imzalanan sənəd sülh gündəliyinə ziddir - XİN

    9 Dekabr 2025 15:36

    ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb

    9 Dekabr 2025 15:16

    Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub

    9 Dekabr 2025 15:04

    Azərbaycan–NATO əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

    9 Dekabr 2025 12:24

    Azərbaycanda daxili qoşunlarla bağlı yeni qanun qəbul edilir

    9 Dekabr 2025 12:18

    Türkiyədən Qırğızıstana polad ixracı azalıb (ÖZƏL)

    9 Dekabr 2025 12:03

    Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olunub

    9 Dekabr 2025 11:57

    “RehaPoint” Məntəqəsində 3,3 min şəxsə reabilitasiya xidmətləri göstərilib

    9 Dekabr 2025 11:48

    Bakıda “Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilir

    9 Dekabr 2025 11:01

    Fariz Rzayev Qətərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

    9 Dekabr 2025 10:27

    DOST mərkəzlərində 4 milyonuncu vətəndaşa xidmət göstərildi

    8 Dekabr 2025 18:01
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin beynəlxalq qüvvədə rolu İsrail mediasında geniş müzakirə olunub

    Qəzza və İsrail arasında sərhəd dəyişdirilməsinə qarşıyıq - BMT

    Tarixdə bu gün – 10 Dekabr

    Dəməşqin cənubunda ardıcıl partlayışlar qeydə alınıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılış mərasimində iştirak edib

    Səudiyyə Ərəbistanı, İran və Çin Pekin Sazişinə sadiq olduqlarını bəyan ediblər

    Rusiya və ABŞ arasında əlaqələr davam edir - Kremlin

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.