Əsas səhifə » Türkiyədə 1,6 milyard lirəlik narkotik ələ keçirildi

Türkiyədə 1,6 milyard lirəlik narkotik ələ keçirildi

BAKI, AzerVoice

Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları iyul ayının ilk doqquz günündə həyata keçirdikləri doqquz əməliyyat nəticəsində ümumi dəyəri 1 milyard 644 milyon türk lirəsi olan narkotik vasitə aşkarlayıb.

AzerVoice xəbər verir ki, Nazirliyin yaydığı rəsmi açıqlamada əməliyyatların Edirnə, Iğdır və İstanbul şəhərlərində keçirildiyi bildirilib.

Əməliyyatlar zamanı ümumilikdə 1,2 ton narkotik maddə, o cümlədən esrar, metamfetamin, khat və kokain müsadirə olunub.

Nazirlik bəyan edib ki, “əsrin qlobal bəlası” kimi qiymətləndirilən narkotik qaçaqmalçılığına qarşı aparılan bu uğurlu əməliyyatlar Ticarət Nazirliyinin qətiyyətli və effektiv fəaliyyətinin nəticəsidir.

Açıqlamada, həmçinin vurğulanıb ki, nazirlik cəmiyyətin sağlamlığını və xüsusilə də gəncləri hədəf alan bu cinayət fəaliyyətinə qarşı mübarizəni fasiləsiz şəkildə davam etdirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice