Əsas səhifə » Burhanəddin Duran Türkiyə Prezidentinin Kommunikasiyalar Direktoru təyin edilib

Burhanəddin Duran Türkiyə Prezidentinin Kommunikasiyalar Direktoru təyin edilib

BAKI, AzerVoice

Burhanəddin Duran Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin direktoru təyin edilib.

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı və bu gün Rəsmi Qəzetdə dərc edilən təyinat sərəncamına əsasən, Xarici İşlər Nazirinin müavini Prof. Dr. Burhanəddin Duran Prezidentin Kommunikasiyalar Direktoru vəzifəsinə təyin olunub.

“Cənab Prezidentə bu məsuliyyətli vəzifəni mənə həvalə etdiyi üçün təşəkkür edirəm. Allah rəhbərliyiniz altında ölkəmizə və millətimizə yaxşı xidmət etməyi bizə nəsib etsin”- deyə yeni təyinatla bağlı ilk açıqlamasında Duran deyib.

Qeyd edək ki, Burhanəddin Duran 1970-ci ildə Sakaryanın Adapazarı rayonunda anadan olub. Boğaziçi Universitetində bakalavr, Bilkənd Universitetində doktorantura təhsilini başa vurub. 2006-cı ildə dosent, 2013-cü ildə professor elmi adını alıb. Akademik karyerası boyunca Sakarya, İstanbul və Ankara universitetlərində və SETA düşüncə mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin mayından Xarici İşlər Nazirinin müavini vəzifəsində olan Duran, 10 iyul 2025-ci il tarixli sərəncamla Prezident Administrasiyasında yeni vəzifəyə keçib.

Digər Kateqoriyalar

2025 © Azervoice