Əsas səhifə » Türkiyənin Kəşfiyyat Rəhbəri İraqa Getdi

Türkiyənin Kəşfiyyat Rəhbəri İraqa Getdi

BAKI, AzerVoice

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İraqa səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib.

AzerVoice xəbər verir ki, İbrahim Kalın İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani və Prezident Əbdüllətif Camal Rəşidlə ayrı-ayrılıqda görüşüb. Prezidentlə keçirilən görüşdə Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseyn də iştirak edib.

Kalın Bağdad səfəri zamanı həmçinin İraqın müdafiə naziri Sabit Bişar, Milli Kəşfiyyat Xidməti rəhbəri Həmid Şatri və İraq Nümayəndələr Məclisinin sədri Mahmud Məşhədani ilə də danışıqlar aparıb.

Müzakirələrin mərkəzində Türkiyə-İraq sərhədlərində təhlükəsizliyin təmin olunması, regionun terror təhdidlərindən təmizlənməsi və uzunmüddətli sabitliyin bərqərar edilməsi üçün atılacaq ortaq addımlar dayanıb. İraq tərəfi hər səviyyədə Türkiyənin bu prosesdəki mövqeyini dəstəklədiyini bildirib.

MİT rəhbəri İraq Türkmən Cəbhəsinin sədri M.Səman Ağaoğlu və təşkilatın digər rəsmiləri ilə də görüşərək türkmənlərin yaşadığı bölgələrdəki təhlükəsizlik vəziyyəti və qarşıdakı seçkilərə hazırlıq prosesi barədə məlumat alıb.

Kalının Bağdad səfəri zamanı İran və İsrail arasında son dövrlərdə yaşanan hərbi qarşıdurmalar və bu münaqişənin atəşkəslə nəticələnən gedişatı da tərəflər arasında dəyərləndirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice