Əsas səhifə » İraqda Şəhid Olan Türk Əsgərlərinin Sayı Səkkizə yüksəlib

İraqda Şəhid Olan Türk Əsgərlərinin Sayı Səkkizə yüksəlib

BAKI, AzerVoice

Türkiyənin Milli Müdafiə Nazirliyi, Pençe-Kilit bölgəsində 2022-ci ildə şəhid olan Nuri Melih Bozkurtun cəsədini tapmaq məqsədilə aparılan axtarış fəaliyyətləri zamanı 19 əsgərin metan qazına məruz qalaraq xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, şəhid olan əsgərlərin sayı 8-ə yüksəlib.

“6 iyul 2025-ci il tarixində Pençe-Kilit əməliyyatı bölgəsində 852-ci təpədə separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi mağarada aparılan axtarış və yoxlama əməliyyatı zamanı metan qazından zərər çəkmiş daha 3 qəhrəman döyüş yoldaşımız şəhid olub"- deyə nazirliyin bəyənatında qeyd olunub.

Qeyd edək ki, şəhidin cəsədi hələ də tapılmayıb və şəhidin cəsədinin tapılması üzrə axtarışlar davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice