Əsas səhifə » Türkiyədə "Spotify"la bağlı araştırma başladılıb

Türkiyədə "Spotify"la bağlı araştırma başladılıb

BAKI, AzerVoice

Türkiyədə dünyaca məşhur "Spotify" rəqəmsal musiqi platforması ilə bağlı araşdırma başladılıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Şurasının rəsmi saytında yer alan məlumatda deyilir.

Məlumata görə, araşdırma çərçivəsində platformanın musiqi sektorunda rəqabətə mənfi təsir göstərdiyi iddiaları araşdırılacaq və "Spotify"ın Türkiyədə həyata keçirdiyi strategiyalara diqqət çəkiləcək.

Habelə, araşdırma çərçivəsində şirkətin rəqiblərinin fəaliyyətini çətinləşdirdiyi və sənətçilər ilə məzmun istehsalçılarına qarşı ayrı-seçkilik etdiyi ilə bağlı şikayətlər də araşdırılacaq.

Bundan əlavə, "Spotify"ın bəzi sənətçilərə daha çox görünürlük verdiyi, müəlliflik haqlarının paylanmasında ədalətsiz üsullara yol verdiyi və bununla da "Rəqabətin Qorunması Haqqında Qanun"u pozub-pozmadığı məsələsi ətraflı şəkildə araşdırılacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice