BAKI, AzerVoice
Yunanıstanın yanğınsöndürmə xidmətləri, Evbeya adasının Mesoxoria bölgəsində meşə massivində baş verən güclü yanğınla mübarizə aparır.
AzerVoice xəbər verir ki, bu barədə Yunanıstanın ERT-news telekanalı məlumat yayıb.
Məlumata görə, alovun yayılmasının qarşısını almaq məqsədilə adaya piyada dəstələri və yanğınsöndürmə təyyarələri göndərilib. Yanğınla 54 yanğınsöndürən mübarizə aparır, onlara yerli meşə təsərrüfatı işçiləri də yardım edir. Ərzaiyə 10 təyyarə və dörd helikopter cəlb olunub.
Şimal-şərqi Yunanıstandakı Xalkidiki yarımadasının Plana meşəsindı də yanğın söndürülür. Yanğınsöndürmə xidmətinin məlumatına görə, orada 75 yanğınsöndürən, 22 texnika, dörd piyada dəstə, iki təyyarə və iki helikopter fəaliyyət göstərir. Afina ətrafındakı Koropi, Rafina, Pikermi və Agia-Kiriaki qəsəbələrindəki meşə yanğınları artıq nəzarət altına alınıb. Bu bölgələrdə bir neçə ev və avtomobil tamamilə yanıb, onlarla binaya maddi ziyan dəyib. Yüzlərlə insan öncədən təxliyə edilib, xəsarət alan yoxdur.