Əsas səhifə » İstanbul hava limanı Avropanın ən sıx hava limanı oldu

İstanbul hava limanı Avropanın ən sıx hava limanı oldu

BAKI, AzerVoice

İstanbul hava limanı, 23-29 iyun tarixlərini əhatə edən dövrdə Avropanın ən sıx hava limanı oldu.

AzerVoice xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 23-29 iyun tarixləri üzrə yayımladığı hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, İstanbul hava limanı, gündəlik 1 553 uçuşla Avropanın ən sıx hava limanı oldu.

İstanbul hava limanını 1 404 uçuşla Paris Şarl de Qol, 1383 uçuşla Frankfurt, 1334 uçuşla London Hitrou və 1311 uçuşla Amsterdam hava limanları izləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice