BAKI,
AzerVoice
Qəzzalı yaralılar müalicə üçün Türkiyəyə gətirilib.
AzerVoice xəbər verir ki, İsrailin
Qəzzaya hücumları nəticəsində yaralanmış 4 şəxs və onların 7
müşayiətçisi müalicə üçün Türkiyəyə aparılıb.
Qəzzadan əvvəlcə İordaniyaya köçürülən yaralılar, Əmmandakı Kraliça
Əliyə Beynəlxalq Hava Limanından Türk Hava Yollarına məxsus təyyarə
ilə İstanbul Hava Limanına, daha sonra isə Ankara Esenboğa Hava
Limanına gətirilib.
Yaralılar hava limanında hazır gözləyən təcili tibbi yardım maşınları ilə Etlik Şəhər Xəstəxanasına aparılıb.
Qəzzada İsrail tankı tərəfindən vurularaq sağ ayağını itirən TRT Ərəbi operatoru Sami Mohammed Abdullah Şəhada və TRT komandasının olduğu mətbuat vasitəsinə silahlı pilotsuz təyyarə ilə edilən hücumda yaralanan müxbir Sami Fuad Mahmud Barhoom da Türkiyədə müalicəyə qəbul edilib.
Qeyd edək ki, Barhoomun yaralandığı insident zamanı TRT mətbuat avtomobilinə 5 güllə dəydiyi bildirilir.