BAKI,
AzerVoice
AJet-in Sabiha Gökçen Hava Limanından Dəməşqə ilk uçuşu uğurla
tamamlanıb.
AzerVoice xəbər verir ki, AJet
aviaşirkəti İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanından (İSG)
Suriyanın paytaxtı Dəməşqə ilk uçuşunu uğurla həyata keçirib.
Həftənin hər günü reallaşacaq bu qarşılıqlı uçuşlar, 13 ildən sonra
Türkiyədən Dəməşqə birbaşa uçuşların bərpası anlamına gəlir.
Uçuşdan əvvəl Sabiha Gökçen Hava Limanında və Dəməşq Beynəlxalq Hava Limanında təşkil olunan mərasimlərdə Mülki Aviasiya rəsmiləri və şirkət rəhbərləri iştirak edib. AJet-in baş direktoru Kerem Sarp çıxışında, 4 iyuldan etibarən Ankaradan Dəməşqə birbaşa uçuşların da başlayacağını və bunun uzun illərdən sonra bölgədə yeni sülh və sabitliyə işarə olduğunu bildirib.
Sarp, bu yeni marşrutun həm insani, həm də ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini, Suriya xalqının yenidən qurulması prosesində hava yolu əlaqələrinin önəmli rol oynayacağını vurğulayıb. AJet hazırda 34 ölkədə 59 nöqtəyə uçuşlar həyata keçirir və Dəməşq xətti ilə Avropa, Yaxın Şərq, Orta Asiya və Şimali Afrikada böyümə strategiyasını davam etdirir.