BAKI, AzerVoice
Manisada meşə yanğını 4-cü gündür davam edir.
AzerVoice xəbər verir ki, Türkiyənin
Manisa vilayətinin Akhisar rayonunda 28 iyun şənbə günü başlayan
meşə yanğını artıq 4-cü gündür ki, nəzarət altına alına bilmir.
Karaköy məhəlləsi yaxınlığında başlayan yanğın, şiddətli küləyin
təsiri ilə geniş ərazilərə yayılıb.
Yanğının qarşısını almaq üçün bölgəyə səhər saatlarından etibarən 28 təyyarə cəlb olunub. Gecə saatlarında isə 2 gecəgörmə vertolyotu, 630 canlı qüvvə, 23 su tenderi, 19 yanğınsöndürmə maşını, 36 su tankeri, 26 tikinti texnikası və 3 TOMA ilə intensiv müdaxilə həyata keçirilib.
Akhisar, Əhmədli və Kula rayonlarında meşə örtüyünə ciddi ziyan dəyib. Yanğının tam söndürülməsi üçün Orman Baş İdarəsi və Fövqəladə Hallar Agentliyi tərəfindən koordinasiyalı şəkildə tədbirlər görülür.
Qeyd edək ki, yay aylarında artan temperatur və güclü küləklər, Türkiyənin bir çox bölgəsində meşə yanğınlarının yayılmasına şərait yaradır. Rəsmi qurumlar və könüllülər bölgədə alovla mübarizəni fasiləsiz davam etdirir.