BAKI, AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan İngiltərənin xarici işlər naziri Devid Lammi ilə Ankarada keçirdiyi görüşdən sonra müdafiə sahəsində əməkdaşlıqların yüksək səviyyədə davam etdiyini bildirib.
AzerVoice xəbər verir ki,xüsusilə Eurofighter döyüş təyyarələrinin tədarükü ilə bağlı prosesin müsbət şəkildə irəlilədiyi vurğulanıb.
Fidan açıqlamasında qeyd edib ki, müvafiq qurumlar və şirkətlər arasında əməkdaşlıq güclənir və müdafiə sənayesi sahəsində birgə layihələr uğurla həyata keçirilir. O, eyni zamanda Yaxın Şərqdəki vəziyyətə toxunaraq, İran-İsrail arasında əldə olunmuş atəşkəsin pozulmaması və daimi sülhə gedən yolun qorunmasının Türkiyənin prioriteti olduğunu bildirib.
İngiltərəli nazir Devid Lammi isə görüş zamanı ikitərəfli ticarət əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, yaxın gələcəkdə imzalanması planlaşdırılan azad ticarət sazişinin 28 milyard funt sterlinq dəyərində ticarət potensialı yaradacağını söyləyib.
Qeyd edək ki, Devid Lammi səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul olunub. Görüşdə Hakan Fidan da iştirak edib.