BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Xayber Paxtunxva əyalətində baş verən terror hücumunu pisləyib.
AzerVoice xəbər verir ki, bu barədə Ərdoğan X sosial şəbəkə hesabında paylaşım edib.
"Pakistana qarşı dünən həyata keçirilən mənfur terror hücumunu lənətləyirəm.
Hücum nəticəsində həyatını itirən Pakistanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Dost və qardaş Pakistan xalqına və hökumətinə başsağlığı verirəm.
Türkiyə olaraq hər zaman və hər sahədə olduğu kimi, terrorla mübarizədə də dostumuz Pakistanın yanında olmağa, sevincli günlərində olduğu kimi, çətin anlarında da qardaşlarımızı tək buraxmamağa davam edəcəyik" - deyə, paylaşımda bildirilib.
Qeyd edək ki, Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Xayber Paxtunxva əyalətində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, 13 əsgər ölüb, aralarında mülki vətəndaşların da olduğu 24 nəfər yaralanıb. Pakistan ordusu hücumun arxasında Hindistanla əlaqəli qrupların dayandığını açıqlayıb.