BAKI, AzerVoice
İsrailin İrana hücumu barbarlıqdır, BMT dərhal tədbir görməlidir.
AzerVoice xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında çıxış edərək İsrailin İrana hücumunu sərt tənqid edib.
MHP lideri bildirib ki, İsrailin son hücumları “ədalətsizlik və barbarlıq nümunəsidir” və bu vəziyyət qarşısında Birləşmiş Millətlər Təşkilatının dərhal güc tətbiq etməli olduğunu vurğulayıb:.
Baxçalı çıxışında həmçinin regiondakı təhlükələrə diqqət çəkərək, Türkiyənin gələcəyini qorumaq üçün qətiyyətli və qərarlı olduqlarını bildirib.
“Terrorsuz Türkiyəyə çatmaq üçün qətiyyətliyik. Millətimizin sağ qalması təhlükə altına düşərsə, sülhün qarantı kimin olacağını çox yaxşı bilirik. Çünki bu millətin döyünən nəbzini hiss edirik”- deyə o vurğulayıb.
“Böyük və ya kiçik fərq etməz, təhlükəyə qarşı hazırlıqlı və ayıq olmalıyıq. Başımıza heç nə gəlməyəcək demək özümüzü aldatmaq olar. Qanlı oyunlara qarşı hazır olmalıyıq”- deyə o əlavə edib ki, bölgədəki süstlük əsarətlə nəticələnə bilər.
Qeyd edək ki, İsrailin İrana qarşı hərbi əməliyyatları beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir və bölgədə yeni bir böhranın başlanğıcı kimi dəyərləndirilir.