Əsas səhifə » İsrailin İran həbsxanasına hücumu məhbusların ailələri ilə görüşü zamanı baş verib - İran rəsmisi

İsrailin İran həbsxanasına hücumu məhbusların ailələri ilə görüşü zamanı baş verib - İran rəsmisi

BAKI, AzerVoice

İsrailin ötən gün İranın Evin həbsaxansına hücumu həbsxanadakı məhbusların ailələri ilə görüşü zamanı baş verib.

AzerVoice xəbər verir ki, bu barədə İranın Ədliyyə Qurumunun sözçüsü Əsğər Cahangir bildirib.

“Dünən sionist rejim (yəni İsrail - red.) Evin həbsxanasına vəhşicəsinə hücum etdi. Hücum nəticəsində həbsxananın inzibati binasının bir hissəsi dağıdıldı və bu dağıntı nəticəsində bəzi əməkdaşlarımız və vətəndaşlarımız şəhid oldular. Bu rejim cinayətlərlə dolu illəri ərzində bu cür hücumları çox edib, amma bu dəfə gördü ki, İran cavabını verdi” - deyə, o vurğulayıb.

O bildirib ki, hücumdan dərhal sonra zəruri tədbirlər görülüb və məhbuslarla ailələri arasında əlaqə təmin edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice