Əsas səhifə » İsrailin strateji məqsədi terrorsuz Türkiyə hədəfini baltalamaqdır - Bahçeli

İsrailin strateji məqsədi terrorsuz Türkiyə hədəfini baltalamaqdır - Bahçeli

BAKI, AzerVoice

İsrailin siyasi və strateji məqsədi Anadolu coğrafiyasını mühasirəyə almaq və terrorsuz Türkiyə hədəfini baltalamaqdır.

AzerVoice xəbər verir ki, bu fikirlər Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçelinin verdiyi açıqlamada yer alıb.

“Biri bitib, digəri başlayan ardıcıl qarşıdurmalar və müharibələr dünya sülhünə, təhlükəsizliyinə və sabitliyinə ciddi zərər verir.

Bu həqiqətin qəbul olunması zəruridir: İsrail regional sülh və sabitliyin amansız düşmənidir. İsrailin siyasəti müharibə, hücum, zorakılıq və cinayətdən ibarətdir” - deyə, bahçeli bildirib.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice