Əsas səhifə » Türkiyə və NATO Hərbi Əməkdaşlığı Genişləndirir

Türkiyə və NATO Hərbi Əməkdaşlığı Genişləndirir

BAKI, AzerVoice

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak, NATO Hərbi Komitəsinin sədri Oramiral Cüzeppe Kavo Draqone ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, Oramiral Draqone rəsmi dəvət əsasında Ankaraya səfər edib və görüş öncəsi Türkiyə Baş Qərargahında rəsmi mərasimlə qarşılanıb.

NATO Marşı və İstiqlal Marşının səsləndirilməsinin ardından qonaq Onur Qıtası ilə salamlaşaraq protokol prosedurlarını yerinə yetirib.

Rəsmi qarşılamadan sonra Gürak və Draqone arasında media üçün qapalı şəkildə ikitərəfli görüş keçirilib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq və NATO çərçivəsindəki regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice