Əsas səhifə » Məşhəddə azı iki partlayış qeydə alınıb

Məşhəddə azı iki partlayış qeydə alınıb

BAKI, AzerVoice

Bu gün İranın Məşhəd şəhərində azı iki güclü partlayış qeydə alınıb.

AzerVoice İran KİV-ə istinadən xəbər verir ki, partlayışlardan biri şəhərin aeroportunda baş verib.

Xatırladaq ki, İsrail Müdafiə Ordusunun Hərbi Hava Qüvvələri İranın Məşhəd şəhərindəki “Şəhid Haşeminejad” Beynəlxalq aeroportuna hava hücumu edib. Aeroportun uçuş-eniş zolağına zərbələr endirilib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice