Əsas səhifə » Ərdoğan və Paşinyan regional məsələləri müzakirə edib

Ərdoğan və Paşinyan regional məsələləri müzakirə edib

BAKI, AzerVoice

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub.

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Söhbət zamanı tərəflər regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin qarşılıqlı maraq doğuran mövzular və bölgədəki cari vəziyyət də müzakirə olunub.

Qeyd edək ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində son illərdə bir sıra diplomatik təşəbbüslər irəli sürülüb.

Digər Kateqoriyalar

2025 © Azervoice