Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailin blokadası Qəzzada humanitar böhran yaradıb – ABŞ senatoru

    31 İyul 2025 12:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qədim sivilizasiyalara işıq salan bu tapıntılar arasında monumental məzarlar, tunc heykəllər, mozaikalar və batmış gəmi də yer alır

    AzerVoice xəbər verir ki, X sosial media hesabında yayımladığı videomüraciətdə senator Sanders Qəzzada davam edən humanitar böhranla bağlı kəskin açıqlamalar verib.

    ABŞ senatoru Bernie Sanders bildirib ki, İsrailin Qəzzaya humanitar yardımı məhdudlaşdırması nəticəsində bölgədə ciddi qida çatışmazlığı yaranıb və bu səbəbdən onlarla uşaq aclıqdan həyatını itirib.

    O xatırladıb ki, İsrail son 11 həftə ərzində Qəzzaya heç bir yardımın daxil olmasına icazə verməyib, nəticədə qida, içməli su və dərman çatışmazlığı böhran səviyyəsinə çatıb.

    Beynəlxalq təzyiqlər nəticəsində bölgəyə məhdud miqdarda yardım daxil olsa da, bu yardımların böhranı aradan qaldırmaq üçün yetərli olmadığını bildirib.

    Sanders əlavə edib ki, İsrailin hücumlarının başladığı gündən bəri Qəzzada 60 min insan həlak olub, 140 mindən çox insan yaralanıb. Ölənlərin 60 faizinin qadınlar, uşaqlar və yaşlılar olduğu qeyd olunub.

    ABŞ senatoru Qəzzada binaların 90 faizdən çoxunun yaşayış üçün yararsız hala düşdüyünü, yüzlərlə məktəbin bombalandığını, səhiyyə sisteminin demək olar ki, tamamilə çökdüyünü və bölgədə elektrik enerjisinin olmadığını bildirib.

    Sonda Sanders, İsraildəki “həddindən artıq sağçı və irqçi Benyamin Netanyahu hökumətinə” müəyyən silah satışının dərhal dayandırılması üçün ABŞ Senatına təzyiq göstərəcəyini bəyan edib.

    #Qəzza zolağı #ABŞ #Bernie Sanders #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #ABŞ Senatı #İsrail və Qəzza münaqişəsi #İsrail ABŞ Qəzza yardımı #Qəzza aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47

    Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens

    10 Fevral 2026 22:42

    Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır - ABŞ-nin Vitse-prezidenti

    10 Fevral 2026 22:40

    Azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldu - Vens

    10 Fevral 2026 22:39
    XƏBƏR LENTİ

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.