19
BAKI, AzerVoice
Prezident Ərdoğan İran lideri Pezeşkianla bölgəsəl və qlobal məsələləri müzakirə edib.
AzerVoice xəbər verir ki, Prezident
Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında
telefon danışığı baş tutub.
Tərəflər Türkiyə-İran münasibətlərinin inkişafı, eləcə də regional
və qlobal gündəmdəki məsələləri müzakirə ediblər.
Danışıq zamanı Ərdoğan iki ölkə arasında əlaqələrin institusional çərçivədə daha da gücləndirilməsi üçün atılan addımları dəstəklədiyini vurğulayıb. O, həmçinin iranlı həmkarını Qurban bayramı münasibətilə təbrik edib.
Qeyd edək ki, Məsud Pezeşkian iyunun 28-də keçirilmiş seçkilərin ikinci turunda İran prezidenti seçilib. Bu, onun prezident kimi Ərdoğanla ilk rəsmi təmasıdır.