Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Rusiya və Ukrayna ilə təmaslarımız davam edəcək – Ərdoğan

    21 May 2025 14:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Rusiya və Ukrayna ilə təmaslarımız davam edəcək.

    AzerVoice xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə Toplantısında çıxış edərək TDT-nin keçdiyi yolu və gələcək hədəflərini dəyərləndirib.

    Ərdoğan təşkilatın bu gün örnək səviyyəyə çatdığını bildirib və qarşıda duran çağırışlar qarşısında birlik mesajı verib.

    Ərdoğan çıxışında Macarıstanın Baş naziri Viktor Orbana səmimi ev sahibliyinə görə təşəkkür edib, təşkilatın hazırkı sədri Qırğızıstan Prezidenti Sadır Çaparova isə uğurlar arzulayıb.

    “Biz təhlükəsizliyimiz üçün ən ciddi sınaqlardan biri olan Rusiya-Ukrayna müharibəsinin təsirlərini dərindən hiss edirik. Tərəflərin bu yaxınlarda İstanbulda görüşməsi mühüm hadisə idi. Biz hər iki ölkə ilə ədalətli və davamlı sülhə nail olmaq üçün intensiv təmaslarımızı davam etdirəcəyik”, – deyə Ərdoğan qeyd edib.

    O, eyni zamanda Suriyada uzunmüddətli qarşıdurmadan sonra sabitliyin təmin olunması istiqamətində də Türkiyənin səylərinin davam etdiyini bildirib. Onun sözlərinə görə, bu təşəbbüslər yalnız region daxilində deyil, qlobal miqyasda sabitlik üçün vacibdir.

    Prezident Ərdoğan çıxışı zamanı Nobel mükafatçısı professor Aziz Sancarın tədbirdə iştirakından məmnunluğunu ifadə edib. O, Bişkek sammitində qəbul edilən qərara uyğun olaraq Sancara “Əlişir Nəvai” Beynəlxalq Mükafatının təqdim ediləcəyini bildirib və gəncləri onun elmi yolunu davam etdirməyə çağırıb.

    Qeyd edək ki, toplantı çərçivəsində Budapeşt Bəyannaməsi imzalanıb. Prezident Ərdoğan yekun çıxışında Türk dünyasının qarşılıqlı hörmət və qardaşlıq əsasında birliyini davam etdirəcəyinə inandığını bildirib.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Qırğızıstan #Rusiya #Viktor Orban #Macarıstan #Türk Dövlətləri Təşkilatı (TDT) #Ukrayna #Rusiya-Ukrayna münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    Qırğızıstan parlamentinin yeni sədri bəlli olub

    12 Fevral 2026 17:31

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    12 Fevral 2026 12:34

    Qırğızıstan parlamentinin sədri istefa verdi

    12 Fevral 2026 10:43

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Ərdoğan təhqirə məruz qalan qadın bələdiyyə sədrinə dəstək verib

    11 Fevral 2026 15:48

    bp Şəfəq günəş enerjisi layihəsinin 10% iştirak payını satdı

    11 Fevral 2026 15:40

    Ankarada Türk Dünyası Bərpa və Konservasiya Şəbəkəsi üzrə beynəlxalq proqram başladı

    11 Fevral 2026 15:14

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29

    Mustafa Çiftçi yeni daxili işlər naziri kimi ilk açıqlamasını verib

    11 Fevral 2026 10:59
    XƏBƏR LENTİ

    Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

    Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

    DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edib

    Saxlanılan icra başçısının həbs müddəti uzadıldı

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.