BAKI, AzerVoice
Türkiyədə 17 şəhərdə fırıldaqçılıq şəbəkələrinə qarşı keçirilən əməliyyatlarda 160 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, Türkiyənin
Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında
yayımladığı məlumatda, 17 müxtəlif şəhərdə həyata keçirilən
əməliyyatlar nəticəsində 402 vətəndaşı aldatdığı müəyyən edilən 160
nəfərin saxlanıldığını bildirib.
Onlardan 73 nəfər həbs edilib, 87 nəfər barəsində məhkəmə nəzarəti
qərarı çıxarılıb. Yerlikaya qeyd edib ki, şübhəlilər özlərini
dövlət məmuru kimi təqdim edərək vətəndaşları aldatmaqla yanaşı,
saxta reklamlar vasitəsilə məhsullar satıblar. Əməliyyatlar
nəticəsində təxminən 114 milyon TL dəyərində əmlak müsadirə
olunub.
Əməliyyatlar Respublika Prokurorluğu, Təhlükəsizlik Baş İdarəsi və 17 vilayətin təhlükəsizlik əməkdaşlarının koordinasiyalı fəaliyyəti ilə həyata keçirilib.