Əsas səhifə » Muğla – Milas Bodrum hava limanında sərnişindaşıma 500 min nəfəri keçib (ÖZƏL)

Muğla – Milas Bodrum hava limanında sərnişindaşıma 500 min nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin aprel ayında Türkiyənin Muğla – Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 511 min 869 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalaraq, 440 min 534 nəfər, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 71 min 335 nəfər təşkil edib.

2025-ci ilin aprel ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 3 min 681 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 3 min ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 9 faiz azalaraq, 681 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin aprel ayı ilə müqayisədə 12 faiz artaraq, 6 min 273 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 14 faiz artaraq, 5 min 546, beynəlxalq reyslər üzrə də 1 faiz azalaraq 727 olub.

2025-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 64 milyon 197 min 713 nəfər, yük daşınması isə 1 milyon 431 min 519 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice