Əsas səhifə » İstanbulda yol qəzası baş verib

İstanbulda yol qəzası baş verib

BAKI, AzerVoice

İstanbulun Kağıthane rayonunda əyləci sıradan çıxan bir mikroavtobus idarəetmədən çıxaraq piyadaların üzərinə çırpılıb.

AzerVoice xəbər verir ki, qəza nəticəsində bir nəfər həyatını itirib, üç nəfər yaralanıb. Qəzada iki nəqliyyat vasitəsinin iştirak etdiyi bildirilib. Qəza yerinə təcili yardım, polis və yanğınsöndürmə qrupları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb, həyatını itirən şəxsin kimliyi isə hələ açıqlanmayıb. Hadisə yerində araşdırma və təhlükəsizlik tədbirləri davam etdirilir.

Qəza ilə bağlı istintaq başladılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice