Əsas səhifə » Ərdoğan və Makron regional məsələləri müzakirə ediblər

Ərdoğan və Makron regional məsələləri müzakirə ediblər

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən məlumat verilib.

Məlumata əsasən, yelefon danışığında Türkiyə ilə Fransa arasındakı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan, Ukrayna ilə Rusiya arasındakı müharibənin sona çatdırılması yolunda tarixi bir dönüm nöqtəsinə çatıldığını və bu fürsətin dəyərləndirilməsinin vacib olduğunu bildirib. O, Türkiyənin atəşkəs və davamlı sülhün təmin olunması məqsədilə keçiriləcək danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfə verməyə hazır olduğunu vurğulayıb.

Ərdoğan, Ukrayna ilə Rusiya arasında davamlı sülh danışıqlarına başlanması və Ukraynanın yenidən qurulması proseslərinin diqqətlə və həssaslıqla aparılmasının zərurətini qeyd edərək, bu mərhələdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Digər Kateqoriyalar

2025 © Azervoice