BAKI, AzerVoice
Türkiyə ilə ABŞ arasında ortaq ticarət iş planı çərçivəsində yeni dövrdə ticarət əlaqələrini koordinasiya etmək üçün yaradılan işçi qrupu Ticarət Nazirliyində toplandı.
AzerVoice xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamaya görə, nazir müavini Mustafa Tuzcunun sədrliyi ilə keçirilən iclasda ABŞ-ın yeni dövr üçün açıqladığı ticarət siyasətindən sonra prosesdə görüləcək işlər əlaqədar qurumlarla müzakirə edilib.
İşçi qrupu ABŞ-Türkiyə ticarət əlaqələrinin yeni dövrün şərtlərinə uyğun olaraq inkişaf etməsi ilə qlobal ticarətdə artması gözlənilən proteksionist tendensiyaların mümkün təsirlərinə qarşı siyasət və strategiyaları müəyyən edəcək.
Bu prosesdə diqqət yeni dövrün şərtlərinə uyğun olaraq ABŞ-Türkiyə ticarət əlaqələrinin gücləndirilməsi səylərinin hərtərəfli həllinə yönəldiləcək.
İclasda ticarət həcminin ABŞ ilə birgə müəyyən edilən 100 milyard dollarlıq hədəfə çatdırılması üçün fəaliyyət planının yenilənməsi qərara alınıb.
Fəaliyyət planı çərçivəsində yeni dövrdə ABŞ bazarında potensialı olan sektorlar üzrə məlumat təhlili və bazar araşdırması işləri sürətləndirilir, prioritet sektorlarda bu ölkə ilə intensiv ticarət heyətləri fəaliyyətə başlayır, ABŞ-ın əhəmiyyətli təchizat zəncirləri ilə Türkiyədə proqramlar təşkil edilir.