Bakı, AzerVoice
Vençur kapitalı investisiya fondlarımız Türkiyə xaricində qurulmuş olan amma investisiyalarının yarıdan çoxu Türkiyədə cəmləşən Startap-lara investisiya edə biləcəklər.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşek vençur kapitalı sahəsində ediləcək yeni tənzimləmələr ilə bağlı məlumat verib.
Vençur kapitalı investisiya fondu qanunvericiliyində bəzi dəyişikliklərin ediləcəyini bildirən Şimşək, xarici investorların Türkiyəyə sərmayə qoymalarını asanlaşdırmaq və onlarla əməkdaşlığı inkişaf etdirmək üçün İnvestisiya Mühitinin Yaxşılaşdırılması Koordinasiya Şurasının fəaliyyət planı çərçivəsində alınan qərarları həyata keçirdiklərini söyləyib.
Şimşək ediləcək tənzimləmə ilə əlaqədar olaraq, "Vençur kapitalı investisiya fondlarımız artıq investisiyalarının yarıdan çoxunu Türkiyədə olmaqla xaricdə qurulan Startap-lara investisiya edə biləcəklər. Hələ qurulmamış bir Startap-a gələcəkdə ortaq olmaq haqqı verən müqavilələrlə investisiya edilməsinin yolunu açırıq", - deyə bildirib.
Beləliklə, kapital bazarlarına yeni bir maliyyə aləti gətirəcəklərini vurğulayan Şimşək, "Etəcəyimiz dəyişikliklə ölkəmizin Startap ekosisteminə daha çox xarici sərmayənin girəcəyini gözləyirik" dedi.
Şimşək, bununla yanaşı birbaşa investisiya əvəzinə Vençur kapitalı investisiya fondları vasitəsilə riskin bölüşdürülərək investisiyaların diversifikasiyasını təmin edəcəklərini də ifadə edib. Daha əvvəl investisiya almış və investisiya turu bağlanmış Startap-lara investisiya edilə bilməsinin yolunu açacaqlarını ifadə edən Şimşək, “Bu tənzimləmənin başqa bir üstünlüyü olan “çətir fond” quruluşu sayəsində, yeni fondların qurulma prosesləri olduqca sürətlənəcək", - deyə əlavə edib.