Bakı,AzerVoice
Türkiyə daşqından zərər çəkən Banqladeşə yardım fəaliyyətləri ilə əlaqədar olaraq, təcili ehtiyacları ehtiva edən 20 min paket göndərib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) sədr müavini Hamza Taşdelen, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi və Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikayanın koordinasiyası ilə daşqından zərər çəkən Banqladeşə bir qrupla hərəkət etdiklərini bildirib.
Türkiyə ilə Banqladeş arasındakı ikitərəfli münasibətlərə toxunan Taşdelen, 6 fevral 2023-cü ildə Kahramanmaraşda olan zəlzələlərdə Banqladeşdən olan axtarış-xilasetmə qrupunun Türkiyəyə dəstək verdiyini xatırladıb.
"Fevralın 6-da Banqladeşli qardaşlarımız bizə dəstək olduğu kimi, son 50 ildə yaşadıqları ən böyük sel fəlakəti zamanı axtarış-xilasetmə fəaliyyətləri baxımından onlara dəstək olmalıyıq",- deyə Taşdelen bildirib.
AFAD-ın seldən ən çox zərər çəkmiş bölgələrə yardım çatdırmağa çalışdığını izah edən Taşdelen, səlahiyyətli şəxslərlə görüşləri nəticəsində müəyyən edilən təcili ehtiyaclara uyğun yardım paketləri hazırladıqlarını ifadə edib.