Bakı, AzerVoice
Türkiyə Müdafiə Sənayesi Başçılığının sədri Haluk Görgün Omanın paytaxtı Maskata səfər edib.
AzerVoice-un məlumatına görə, Səfərinin ilk günü Görgün Türkiyənin Maskatdakı səfiri Mehmet Hakimoğlu ilə görüşüb. Daha sonra o, Oman Müdafiə Nazirliyinin baş katibi Məhəmməd bin Nasser əl-Zeabi ilə görüşüb. Görüşlər zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində HAVELSAN və ASELSAN şirkətləri arasında müdafiə sistemlərinin satışı ilə bağlı mühüm müqavilələr imzalanıb. Görgün bu razılaşmaların iki ölkə arasında strateji əməkdaşlıq baxımından böyük bir addım olduğunu vurğulayıb.
Omana iki günlük səfəri zamanı Görgünü ASELSAN, ROKETSAN, TUSAŞ və HAVELSAN-ın baş menecerləri ilə yanaşı, Türkiyənin müdafiə sənayesi şirkətlərinin rəhbərlərinin də müşayiət etdiyi bildirilib.