Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə İngiltərədən döyüş təyyarəsi alacaq

    4 Fevral 2025 16:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Türkiyə hərbi texnikasını genişləndirəcək.

    AzerVoice xəbər verir ki, Türkiyə iki mərhələdə 40 ədəd Eurofighter Typhoon döyüş təyyarəsi alacaq.

    İlk tədarüklərin 2026-cı ildə başlaması və tam əməliyyat potensialının 2030-cu ildə təmin edilməsi gözlənilir.

    Qeyd edək ki, Eurofighter Typhoon Avropanın qabaqcıl qırıcı təyyarələrindən biridir. Bu, çoxməqsədli, 4.5-ci nəsil döyüş təyyarəsidir və əsasən hava üstünlüyünü təmin etmək və yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Bu qırıcı təyyarə, döyüşdə çevikliyi və yüksək sürəti ilə tanınır və gələcəkdə modernləşdirmə üçün açıq struktura malikdir.

    Bundan əlavə, Eurofighter Typhoon həm hava döyüşləri, həm də yerüstü hücumlar üçün geniş silah çeşidi daşıya bilir. Belə ki, bu qırıcı təyyarə 27 mm Mauser BK-27 avtomatik topu, Havadan-havaya (Meteor, AMRAAM, IRIS-T, ASRAAM) və havadan-yerə (Brimstone, Storm Shadow, Paveway) raketləri, Güdümlü və qeyri-güdümlü bombalar ilə təchiz olunub.

    Eurofighter Typhoon NATO üzvü ölkələrin hava qüvvələrində əsas qırıcı təyyarələrdən biri kimi istifadə olunur və müasir döyüş əməliyyatlarında mühüm rol oynayır.

    #Türkiyə #Eurofighter
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    18 Fevral 2026 14:49

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    18 Fevral 2026 14:30

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Osimhen Napolini tənqid etdi

    17 Fevral 2026 16:19

    Türkiyə–Efiopiya münasibətlərində yeni mərhələ – Liderlər Əddis-Əbəbədə görüşəcək

    17 Fevral 2026 09:24

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    16 Fevral 2026 15:37

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    16 Fevral 2026 14:39

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    16 Fevral 2026 13:29

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40
    XƏBƏR LENTİ

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Süni intellekt bir neçə milyarderin iradəsinə buraxıla bilməz - BMT baş katibi

    Türkiyənin pilotsuz silahlı dəniz vasitəsi ULAQ yeni silah sistemi ilə təhvil verilib

    Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib

    Danimarka kralı Trampın bəyanatları fonunda Qrenlandiyaya səfər edib

    Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib

    Yanvarda Türkiyənin İraqa sement ixracı kəskin geriləyib (ÖZƏL)

    Cənubi Koreyanın sabiq prezidenti ömürlük həbsə məhkum edildi

    Ötən ay pensiya ödənişlərinə 52 mln. manat çox olmaqla 612 mln. manat vəsait yönəldilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.