121
Bakı, AzerVoice
Türkiyənin Milli Kəşfiyyat Xidməti MİT və İstanbul ilə Balıkesir polislərinin birgə əməliyyatı nəticəsində PKK/KCK üzvü olan üç nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, saxlanılan üç terroristdən Zeynep Taşkıran və Zübeyde Taşkıran İstanbulda, Hatın Şahbaz isə Balıkesir şəhərində ələ keçirilib.
MİT-in uzun müddət izlədiyi Zeynep Taşkıran, PKK/KCK-nın Fransa strukturunun təşkil etdiyi Türkiyə əleyhinə fəaliyyətlərdə aktiv iştirak edib. O, Almaniya vətəndaşlığı aldıqdan sonra Zizik Şahbaz adıyla fəaliyyətini davam etdirmişdi.
Hatın Şahbaz isə Almanyanın Köln və Fransanın Paris şəhərlərində təşkil olunan propaqanda fəaliyyətlərində iştirak edib.