BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində Rusiya Prezidenti Putinlə görüşüb.
AzerVoice xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tianjin şəhərində səfərdə olan Ərdoğan sammit çərçivəsində təmaslarını davam etdirir.
Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə “Putinin tezliklə ölkəmizə səfərini gözləyirik” deyib.
Görüşdə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Xəzinə və Maliyyə Naziri Mehmet Şimşek, Milli Müdafiə Naziri Yaşar Güler, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, Ticarət Naziri Ömer Bolat, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran və Prezidentin baş müşaviri Çağrı Erhan da iştirak ediblər.